Tonqala düşən azyaşlıların vəziyyəti necədir? - Evlərindən reportaj - VİDEO

Yel çərşənbəsində tonqaldan tullanan bir yeniyetmə və bir uşaq ocağa yıxılıblar.

Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər sosial şəbəkələrdə yer alıb.

Hadisələrdən biri Yasamal rayonunun Şərifzadə küçəsində baş verib. 17 yaşlı yeniyetmə hər iki əlin termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə yerləşdirilib, tibbi yardım göstərildikdən sonra isə evə buraxılıb.

Məsələ ilə bağlı TƏBİB və Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31