KOBİA auditor seçir
14 Mart 2024 17:12 Sosialİqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Olaylar.az xəbər verir ki, sorğuda iştirak haqqı 56 manatdır.
İddiaçılar təkliflərini aprelin 5-i, saat 16:00-a qədər KOBİA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 134 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 5-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31