Ali Məhkəmə ər-arvadın əmlakının bölünməsi ilə bağlı mübahisələrə dair qərar verdi - FOTO

2024-cü il martın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. 

Bu barədə Olaylar-a Ali Məhkəmədən məlumat verilib.

İclasda mülki və ailə qanunvericiliyinin tətbiqi üzrə hüquqi yanaşmanın sabitliyinin təmin olunması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə aparılmış ümumiləşdirmənin nəticələri, habelə beynəlxlaq təcrübə nəzərə alınmaqla Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən hazırlanmış "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Plenum qərar layihəsi müzakirəyə çıxarılaraq, müvafiq qərar qəbul edilib.

Plenumda həmçinin konkret işlərə baxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31