Vatsapda bu da mümkün olacaq
12 Mart 2024 19:51 SosialVatsap messencerində proqrama üçdən çox çat əlavə etməyə imkan verən yeni funksiya olacaq.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "WABetaInfo" portalı məlumat yayıb.
Bildirilib ki, yeni funksiya vatsap messencerinin "Android" əməliyyat sistemi ilə işləyən cihazlarda istifadəçilər üçün əlçatan olacaq.
Mütəxəssislərin sözlərinə görə, təkmilləşmə çoxlu sayda kontaktlarla tez-tez əlaqə saxlayan və ya çoxsaylı qrup çatlarında iştirak edən istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək.
Hazırda bu funksiyası inkişaf mərhələsindədir. Yenilik tətbiqin gələcək yeniləməsində görünəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31