Cari ildə neçə tələbə akademik məzuniyyətdə olub? - RƏSMİ AÇIQLAMA

Mərkəzləşmiş informasiya sistemində əks olunan məlumatlara əsasən, cari ildə akademik məzuniyyətdə olan tələbələrin ümumi sayı 8294-dür.

Olaylar.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, müddətli həqiqi hərbi xidmət 4452 nəfər, ailə vəziyyətinə görə 1247 nəfər, səhhətinə görə 302 nəfər, sosial məzuniyyət 248 nəfər, müxtəlif proqramlar əsasında xarici ölkələrdə təhsil görə 176 nəfər, digər səbəblərdən 2045 nəfər akademik məzuniyyətdədir.

Həmçinin, bildirilib ki, məlumatlar orta ixtisas, ali təhsilin bakalavriat və magistratura səviyyələrini əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31