MƏRKƏZİ GÖMRÜK HOSPİTALINDA “İCBARİ TİBBİ SIĞORTA" MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏLİM KEÇİRİLİB
6 Mart 2024 19:12 SosialMərkəzi Gömrük Hospitalında "İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib
Martın 6-da Dövlət Gömrük Komitəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında "İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin və onun strukturuna daxil olan idarələrin əməkdaşları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.
Təlimdə icbari tibbi sığortadan istifadə qaydaları, qeydiyyat üçün tələb olunan sənədlər, stasionar tibbi xidmətlərin alınması və digər mövzularla bağlı təqdimat nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31