Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ
6 Mart 2024 18:44 SosialBakı şəhərində taksi fəaliyyəti göstərən avtomobillərin rəngləri əsasən ağ və qırmızıdan ibarət olacaq.
Olaylar.az Pravda.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlandığı bildirilir.
Qeyd olunub ki, taksi parkları mərhələli şəkildə yenilənəcək, ili köhnə, istismara yararsız avtomobillər taksi fəaliyyəti göstərə bilməyəcək.
Vurğulanıb ki, hazırda istifadədə olan istismara yararlı digər rəngli avtomobillərin fəaliyyətinə də məhdudiyyət qoyulmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31