Məktəblərdə çalışan bu şəxslərin əməkhaqları artıb

Fevral ayından etibarən məktəblərdə çalışan hərbi rəhbərlərin əməkhaqlarında artım olub.

Olaylar xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

"Məktəblərdə 4 minə yaxın hərbi rəhbər çalışır. Ötən aylar ərzində yeni işə qəbul olan hərbi rəhbərlərin qiymətləndirilməsi həyata keçirilib. Fevral ayından etibarən onların əməkhaqlarında artım qeydə alınıb", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31