Azərbaycanda sosial şəbəkələrdə qlobal problem yarandı - Hesaba giriş BLOKLANDI (YENİLƏNİB)
5 Mart 2024 20:39 Sosial"Facebook"və "İnstagram" sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Olaylar.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
20:24
Sosial şəbəkələrin işində yaranan qlobal problem aradan qaldırılıb.
Trend xəbər verir ki, "Facebook"un fəaliyyəti bərpa edilib.
Belə ki, hazırda istifadəçilərin öz hesablarına daxil olması mümkündür.
19:37
Azərbaycanda "Facebook" və "İnstagram"da qlobal problem yaranıb.
Trend xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin hesablara girişi bloklanıb.
Belə ki, avtomatik hesabdan çıxış müşahidə olunur, yenidən hesaba giriş isə mümkün olmur.