Qarabağ Universiteti ilə bağlı ilk vakansiya elan edildi
28 Fevral 2024 18:19 SosialQarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.
Təhsil Nazirliyindən bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir. Namizədlər ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərlər:
Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31