Zəlzələ olan ərazilərdə heç bir problem qeydə alınmayıb - AzərEnerji

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4,5 gücündə qeydə alınan zəlzələdən sonra "AzərEnerji" ASC-nin mütəxəssisləri tərəfindən bu şəhərdə yerləşən istilik elektrik stansiyası, su elektrik stansiyası və yarımstansiyalara baxış keçirilib.

Bu barədə Olaylar.az-a "AzərEnerji" ASC-nin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, bu ərazilərdə heç bir problem qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31