Mərkəzi Nəbatat Bağının "Azərsu"ya 70 min manat borcu olduğu üzə çıxıb
29 Noyabr 2023 13:28 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Mərkəzi Nəbatat Bağının "Azərsu"ya 70 min manat borcu olduğu üzə çıxıb.
Olaylar.az xəbər verir ki, bunu AMEA Prezidenti İsa Həbibbəyli Ümumi Yığıncaqda çıxışı zamanı deyib.
"AMEA bütün kommunal borcları ödəyir. Nə üçün indi belə bir borc ortaya çıxır? Bunu Botanika İnstitutundan öyrənməldirlər",- deyə o bildirib.
Qeyd edək ki, bu gün AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir. Ümumu yığıncaqda bir sıra təşkilati məsələlər müzakirə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31