Heyf səndən Eldost müəllim!

Saatlıda yüzlərlə insanın axışıb gəldiyi izdihamlı vida   mərasimindən sonra düşündüm ki , Eldost nüəllimin Saatlı rayonunda qazandığı bu hörməti, izzəti heç kimlə müqayisə edə bilməyəcəm.
""Mən bu eldə obada hər hansı bir insana bənzədim ki, Eldost müəllimi, Məzarının üstündə minlərlə insan qəhərlənib ağlamış olsun...."
Eldost müəllim bu hörməti öz hərəkəti, davranışı , Vətənə sevgisi, sücayyəti ilə qazanmışdı.
Rayonda iştirak etdiyim  dəfn mərasimlərindən ən izdihamlısı idi məncə, eşidən bilən bütün rayon əhalisi əyağa qalxmışdı , çiyinlərində yorulmadan, yaşadığı evindən direktoru olduğu məktəbə, oradan isə bir neçə km məsafədə olan məzarlığa daşıdılar onun nəşini.
Bu bir Eldost müəllimə olan istəyin təzahürü idi. İnsanlar onu sanki elə qollarinda saxlayıb, torpağa tapşırmaq istəmirdilər.
 Hamı ğöz yaşı axıdırdı . Belə bir formalaşmış şəxsiyyətin 44 yaşında torpağa tapşırılmasını heç kim istəmirmiş kimi görünürdü.
Heyf səndən Eldost müəllim!  Evindən yox elindən getdin.
Saatlı öz fəxr olunası igidini itirdi, çox heyf.
Belə şəxsiyyət yetişdirmək bir də qismət olmayacaq düşünürəm...
Çünkü o, Xalq içində qazandığı hörmətinin bir hissəsini məktəbdə işlədiyi müddətdə Prezidentimiz tərəfindən Tərəqqi medalı ilə təltif olunanda, qalan hissəsini 44 günlük müharibəyə direktor vəzifısindən , ehtiyyatda olan Zabit kimi könüllü olaraq qatılması və döyüşlərdə göstərdiyi sücayyətləri nəticəsində qazanmışdı. Buna cəsarət etmişdi və çox uğurlu alınmışdı. Əllərinə silah alıb axıra qədər vuruşub, sonra isə gəlib direktorluq işimi davam etdirirdi .
O, bütün 44 günlük müharibə ərəfəsində örnək olan nümunələrdən birinə çevrilmişdi. "Müharibəyə könüllü qatılan direktor" Bütün qəzet və medialar bu haqda yazilar dərc edirdi, TV-lər reportajlar hazırlayıb verirdilər.
Bir yerdə onun verdiyi müsahibədə, ona sual olunmuşdu "Necə oldu ki könüllü müharibəyə qatildınız" , cavab olaraq "Qarabağ münaqişəsi oğlum Mustafaya qalmasın düşünərək qoşuldum" demişdi. Eldost müəllim kimi yaşlı nəsildən olan, atalar, əmilər, dayılar, veteranlar bu müharibəyə qoşularaq , milyonlarla gənc nəsilləri Azad tütöv Azərbaycanda firavan yaşamaqları üçün şərait yaratdılar.
Həqiqətən də bu günlər "Qarabağ bugünkü qədər bizim olmamışdı, desək yanılmarıq." Minlərlə belə igidlərimiz ölümdən qorxmadan, 44 günlük mühribəyə qatılaraq "Dəmir Yumruq" ətarfında birləşib, düşmənə dərs verdi, artıq gələcək nəsillər üçün əmin-əmanlıq yarandi, güllə səsləri birdəfəlik kəsildi.
    Dövləti qüdrətli edən onun  Ağıllı, savadlı , cəsarətli ,fərasətli qorxmaz vətəndaşlarıdı, Eldost kimi müəllimləridi.
Xatirladım ki, Eldost müəllim 2011-ci il tarixdən Riyaziyyat fənni üzrə müəllim işlədiyi Əhmədbəyli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuşdu. Direktor İşlədiyi müddət ərzində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 oktyabr tarixli 3177 nömrəli sərəncamı ilə Azayev Eldost Səmidağa oğlu Tərəqqi medalı ilə təltif olunmuşdu .Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları təltif olunmuşdur.
2020-ci ildə Leytenant olaraq könüllü qatıldığı 44 günlük müharibədə baş leytenant rütbəsi, Cəbrayılın və Qubadlının azad olunması medalları ilə təltif olunmuşdu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə "Vətən müharibəsi iştirskçısı" medalı ilə təltif ediımişdi.
Mərhumun özündən sonra 17 və18 yaşlarında övladları qaldı.
Təklif edirəm ki, yaşadığı kənd və direktoru olduğu məktəb bundan sonra onun adını daşısın, büstü qoyulsun.,, Bu hamının ürəyincə olar.
Yerin cənnət  Əmi oğlu. Sizi hər zaman sevgi və hörmətlə anacağıq. 
Başınız sağ olsun saatlılılar!
Allah rəhmət eləsin.

Laçın Abasov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31