Əvvəl etdiyimiz səhvləri Qarabağ Universitetində etməməliyik - Nazir

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Qarabağ Universitetində bizim hər şeyə yenidən başlamaq imkanımız olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi Yığıncağında çıxışı zamanı deyib.

"Qarabağ Universitetində elm və ali təhsilin inteqrasiyası uğurlu olacaq. Əvvəl etdiyimiz səhvləri orada etməməliyik. Biz orada tələbələrimizi, tədqiqatçılarımızı, gənc alimlərimizi görmək istəyirik",- deyə nazir əlavə edib.

Qeyd edək ki, bu gün AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir. Ümumu yığıncaqda bir sıra təşkilati məsələlər müzakirə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31