Alim bütün saatlarını elmə həsr etməlidir - Emin Əmrullayev

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Biz elə şərait yaratmalıyıq ki, tədqiqatçı alimimiz inzibati məsələlərə, statuslara meyl etməməlidir.

Olaylar.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi Yığıncağında çıxışı zamanı deyib.

"Əziz Sancar yalnızca alimdir onun başqa statusu yoxdur. Lakin onun yaratdığı elm bizim elmimizdən daha çoxdur. Alim bütün saatlarını elmə həsr etməlidir.

Biz alimin yerini vəzifəsi ilə deyil, ortaya qoyduğu nailiyyətlərlə ölçməyə başlasaq, daha yaxşı bir yerə gələcəyik",- deyə nazir əlavə edib.

Nazir həmçinin əlavə edib ki, bugün doktoranturaya istedadlı insanları cəlb etməklə bağlı ciddi problemlər var.

"Son illərdə qəbul mərkəzləşdirilmiş qaydada aparılır. Lakin bizim bunda heç bir marağımız yoxdur",- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir. Ümumu yığıncaqda bir sıra təşkilati məsələlər müzakirə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31