Gənclər üçün aktiv məşğulluq istiqamətləri müəyyən edilib - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin  Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası təşkil olunub. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Müşfiq Məmmədli məlumat verib. Bildirib ki, Sumqayıtda keçirilən  tədbirdə filialın müdiri Əbdül Bayramovla birlikdə iştirak edib: "Ümumilikdə yarmarkada 21 işəgötürən şirkət vakant yer təqdim etmişdi. Müxtəlif peşə və vəzifələrlə bağlı vakansiyanın təqdim olunduğu aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə iş yerlərinə dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin yarmarkaya qatılan şəxslər Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumatlandırılıb. Cənab Prezident İlham Əliyev tərəfindən aparılan sosial siyasətin prioritetlərindən biri də əmək bazarının düzgün tənzimlənməsi, vətəndaşların işlə təmin olunması istiqamətində atılan addımlardır. Bu baxımdan əmək yarmarkalarının mütəmadi şəkildə keçirilməsi təqdirəlayiq haldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31