"Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Noyabrın 28-də Neftçala rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Qüvvət elmdədir" adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Fonddan "Olaylar"a bildirilib ki, Neftçalada fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.
Yarışda qalib gələn Neftçala şəhər 1 saylı tam orta məktəbin "İstiqlal" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Onlar diplomlarla təltif edilib. Yarışda iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub. 
Qeyd edək ki, "Qüvvət elmdədir" adlı layihə çərçivəsində ölkənin 6 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31