Şagirdlərin yerdəyişməsində kütləvilik olarsa, bununla bağlı ciddi tədbirlər görülür - Dövlət Agentliyi
28 Noyabr 2023 11:32 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Şəhər məktəblərində oxuyan şagirdlərin universitetə hazırlıq vaxtında adını kənd məktəblərinə yazdırması məsələsinə aydınlıq gətirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
"Şagirdlərin yerdəyişməsində kütləvilik olarsa, bununla bağlı ciddi tədbirlər görülür. Bununla bağlı ötən il bir sıra müəssisə rəhbərləri cəzalandırılıb. Əlimizdən gələni edirik ki, bu problemi azaldaq",- deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31