Xankəndi şəhər poliklinikası TƏBİB-in balansına verildi - RƏSMİ

Bir sıra KİV-də Xankəndi şəhər poliklinikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansına verilməsi ilə bağlı məlumat yayılıb.

Olaylar.az xəbər verir ki, yayılan məlumatlarda qeyd edilib ki, yaxın günlərdə inventarlaşdırma işlərinə başlanılacaq.

Məsələ ilə bağl TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Xankəndi şəhərində digər həyati vacib sahələr kimi, tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

"01.10.2023-cü il tarixindən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də, tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub", - deyə əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31