Neft Daşlarında dalğanın hündürlüyü 2.6 metrə çatıb
9 Oktyabr 2023 14:54 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 9-u saat 14:00-a olan məlumatına əsasən, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Bu barədə Olaylar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28 m/s, Qobustanda 24 m/s, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31