Xankəndidə kafedral və kilsə mühafizə olunur - VİDEO

Azərbaycan Respublikasının Xocavənd rayonu Cütcü kəndində Amaras, Kəlbəcər rayonunun Vəngli kəndində Gəncəsər monastırları və Xankəndi şəhərində yerləşən 1 kafedral və 1 kilsə qorunur.

Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Qarabağ iqtisadi rayonuna daxil olan bütün rayonlarda maddi-mədəniyyət nümunələri - abidələrin təhlükəsizliyi, mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir.

Qeyd olunan ərazidə abidələrin mühafizəsi fasiləsiz olaraq diqqətdə saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31