Müharibə iştirakçısı olan vətəndaşlara dövlət qayğısı göstərilir - ÖZƏL
5 Oktyabr 2023 14:12 SosialPeşə təhsili alan "Müharibə veteranı" adı almış şəxslərin təhsil haqqı dövlət tərfindən ödəniləcək. Milli Məclisin Elm və Təhsil məslələri komitəsindən "Olaylar"a bildirilib ki, bu ba məqsədlə "Peşə təhsili haqqında" Qanunda dəyişiklik nəzərdə tutulur. Qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub. Belə ki, Prezident İlham Əliyevin göstərişləri və sərəncamları əsasında bu kateqoriyadan olan vətəndaşlara dövlət qayğısı göstərilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə sosial dəstək tədbirləri dövlət siyasətinin əsas prioritetlərindən hesab olunur. Təklif olunan dəyişiklikdə də məhz bu kateqoriyadan olan "Müharibə veteranı" adı almış şəxslərin də dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutulur.