"Bu günə qədər gördüyüm bütün işlərdə o daşları çox gördüm, ..."
21 Sentyabr 2023 11:34 Sosial"Böyük adamlar onlara atılan tənqid, daşlarından heykəllər qoyan insanlardır. Möhtəşəmdir..."
Olaylar.az Ucnoqta.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Baxşəliyeva baş prodüseri olduğu "Gizli yara" serialı haqda söz açarkən deyib.
"Bu günə qədər gördüyüm bütün işlərdə o daşları çox gördüm, atanlar həyatlarında heç bir başarılı, adlarından bəhs etdirən işdə imzası olmayanlardır... Tam əksi enerji, güc aldım, o daşların üzərində rəqs edərək irəlilədim. Çox şükür, uğursuz heç bir işim olmadı. Allah böyükdür, çəkilən əməyi qarşılıqsız qoymur. Yolun düz, niyyətin təmizsə, uğur səninlədir".
O, rejissor və aktyor Kənan Mahmudovla yeni işbirliyi qurduğunu və serial sektoru ilə bağlı planlarının olduğunu da vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31