Kəmaləddin Heydərov Şəki şəhərində vətəndaşları qəbul edəcək
28 Avqust 2023 13:09 SosialAzərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 avqust 2023-cü il tarixdə Şəki şəhərində, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Şəki və Qax rayonları sakinlərinin qəbulu keçiriləcək. FHN-dən "Olaylar"a bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 30 avqust 2023-cü il tarixdə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaqdır. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə: tel: +994 (12) 512-01-14
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31