Balıq bazarı ilə bağlı araşdırma aparılıb

Müvafiq sahədə biznesə başlamaq və fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri balıq bazarı ilə bağlı bazar araşdırmasından faydalana bilərlər. "Olaylar" xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə balıq bazarıilə bağlı daxili bazar araşdırması aparılıb. Bazar araşdırmasındaAzərbaycanda balıq bazarının həcmi, bu sahənin son illərdəki inkişaf dinamikası,endemik və idxal olunan balıq növlərinin bazar payı,balığın idxal və ixracı, istehlakçıların seçiminə təsir edən amillər, eləcə də balıq istehsalı ilə əlaqədar sahibkarlıq subyektlərini və bu sahədə biznesə başlamaq istəyənləri maraqlandıran məsələləröz əksini tapıb. Balıq bazarına dair bazar araşdırması ilə KOBİA-nın saytından tanış olmaq olar (https://bit.ly/3EirpGR).

Qeyd edək ki, KOBİA tərəfindən sahibkarlar arasında aparılan sorğular vədaxil olmuş müraciətlər əsasında indiyədək Agentliyin təşəbbüsü ilə 26daxili bazar araşdırması aparılıb. Qida və qeyri-qida sahələrini əhatə edən bu bazar araşdırmalarından sahibkarlar ödənişsiz olaraq faydalana bilərlər.

Eyni zamanda sahibkarlıq subyektlərionları maraqlandıran sahələr üzrə daxili bazar araşdırmasının aparılması üçün dövlət dəstəyi mexanizmindənfaydalana bilərlər. Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırması hesabatı üzərində mülkiyyət hüququ yalnız həmin sahibkara məxsus olur və ictimaiyyətə açıqlanmır. Belə araşdırmaların aparılması üçün 20 min manata qədər dövlət dəstəyi nəzərdə tutulur. Müxtəlif sahələrdə biznesə başlamaq, yeni məhsul və xidmətlər yaratmaq istəyən KOB subyektləri bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3sp277A

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31