Ölkədə milli donorçuluq ənənəsi formalaşıb- ÖZƏL

"Vətəndaş cəmiyyəti institutları hər bir demokratik ölkənin həyatında önəmli, mühüm və strateji yer tutur. Azərbaycanda Qeyri Hökumət təşkilatları xüsusi ilə 90-cı illərdən etibarən fəaliyyətə başladılar və bu dövrdə xarici humanitar fondlar, beynəlxalq təşkilatlar, inkişaf agentlikləri, xarici ölkə səfirlikləri, nümayəndəlikləri  QHT sektorunun əsas maliyyə və qeyri maliyyə dəstəkçiləri idi". "Olaylar xəbər verir ki, bunu Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib. Bildirib ki, ölkənin o illər üzləşdiyi problemləri, dövlət büdcəsini və əksər iqdisadi, siyasi amilləri və ən əsas Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində yaranan humanitar böhranı nəzərə alsaq milli donorçuluq və milli inkişaf agentliyinin qurulması real deyildi: "2021-ci ilin aprelindən etibarən vətəndaş cəmiyyəti sektorunda yeni, strateji, konseptual, qərarlı və ən əsası post müharibə dövründə Azərbaycanın hədəflərinə çatmasına xidmət edən daha mükəmməl xətt izlənilir. Milli donor və  milli inkişaf agentliyi QHT-lərin səriştəsinin artırılması, bilik və bacarıqlarının müasir standartlara uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi həm donor kimi, həm də milli inkişaf agentliyi olaraq ədalətli, bərabər, şəffaf, aydın, dövlət maraqlarına əsaslanan prinsiplərə sadiqdir və bunu davam etdirir. Vətəndaş cəmiyyəti milli dəyərlərə, sağlam təməllərə dayanan cəmiyyət, dövlət güclüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31