“Gender Bərabərliyi” İctimai Birliyi erkən nikahla mübarizə sahəsində layihənin icrasına başlamışdır

"Gender Bərabərliyi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azyaşlı qızların kabusu - erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri" adlı layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi erkən və qeyri-rəsmi nikahların səbəb olduğu hüquqi risk-problemlər məktəblilər, valideynlər və tələbələr arasında maarifləndirilmə işinin aparılmasından ibarətdir. Layihə üzrə qarşıya qoyulan vəzifələr erkən və qeyri-rəsmi nikahların qarşısının alınması istiqamətində maarifləndirilmə işinin aparılması, erkən nikahların baş verməsinin cəmiyyət üçün fəsadlarının təbliği, erkən nikah və qeyri-rəsmi nikahların nikaha girən şəxslər üçün yarana bilən hüquqi problemlərin qarşısının alınması barədə təlimlərin keçirilməsi, erkən nikah və qeyri-rəsmi nikahların cəmiyyət üçün zərərli nəticələrinin mediada işıqlandırılması və dövlət orqanlarının bu problemin həllinə təşviq edilməsidir.

"Gender Bərabərliyi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azyaşlı qızların kabusu - erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri" adlı layihəsi üzrə Biləsuvar və Lənkəran şəhər-rayonlarında tədbirlər keçiriləcəkdir. 

Tədbirdə iştirak etmək istəyən şəxslər "Gender Bərabərliyi" İctimai Birliyinin sədri Şəkərxanım Əliyeva (tel: (055) 424-44-75) ilə əlaqə yarada bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31