Marketlərdə bu məhsulların qiyməti artdı - VİDEO
19 Avqust 2023 10:20 Sosial2 həftədir ki, gigiyenik məhsulların qiymətində artım müşahidə olunur.
Olaylar.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, alıcıların sözlərinə görə, son 1 il ərzində bu vasitələrin qiyməti artan templə gedirdi. 15 gün ərzində isə sabun, şampun, yuyucu toz, dezodorant və bu kimi məhsullar yenə, 20 qəpik- 1 manat civarında bahalaşıb.
"Sözügedən məhsulların bahalaşmasını satıcılar da təsdiq edir."
Onların sözlərinə görə, buna səbəb məhsulların gətirildiyi firmanın yeni qiymətlər müəyyənləşdirməsidir.
İqtisadçı ekspert Eyyub Kərimli gigiyenik məhsulların qiymət artımı 2 səbəblə əlaqələndirib.
Sözügedən tendensiyanın hələ bir müddət davam edəcəyi ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31