“WhatsApp Web”ə yeni xüsusiyyət gəlir

"WhatsApp Web" tətbiqinə mesajların çatdırılmasını sürətləndirəcək yeni funksiya gəlir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, yeni funksiyası sayəsində mesajlar və bildirişlər hətta veb-brauzer boş olduqda və ya kompüter yuxu rejimində olsa belə gəlməyə davam edəcək. İstifadəçilər heç bir mesajı qaçırmadan telefonları və kompüterləri arasında problemsiz keçid edə biləcəklər.

Yeni funkisya "WhatsApp Web"in ən son versiyasında mövcuddur.

"WhatsApp Web"ə daxil olduqdan sonra Parametrlər - Bildirişlər - Mesajlar və Fon sinxronizasiyasını (Background sync) aktivləşdirmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31