Böyük Şor gölündə narkotik gizlədilibmiş - FOTO

Böyük Şor gölü ərazisində gizlədilmiş narkotik aşkarlanıb.

Olaylar.az xəbər verir ki, bu, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyatı zamanı müəyyən edilib.

Qeyd edilib ki, əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Əşrəfağa Azad oğlu Əlizadə tərəfindən Nərimanov rayonu Böyük Şor gölü ərazisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 918 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Böyük Şor gölündə narkotik gizlədibmiş

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31