Azərbaycanda "WhatsApp"la bağlı PROBLEM: "Nəsə baş verir, təcili..."
18 Avqust 2023 14:44 Sosial"Azərbaycanda kütləvi şəkildə "WhatsApp" hesabları bağlanır və bloka düşür".
Olaylar.az Sfera.az-a istinadən bildirir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.
O, hesabları açmaq üçün kodların nömrəyə gəlmədiyini bildirib.
"Yəni iki mərhələli təsdiqləmə işləmir. Hazırda problemin tək Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər yoxdur. "WhatsApp"la əlaqədəyik, normal açıqlama vermirlər. Ölkədə nəsə baş verir. Təcili məsələ araşdırılmalıdır", - Pərdəşünas əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31