Bütün ağrı-acılı anlar, aylar, məşəqqətli illər arxada qalıb - ÖZƏL

"30 il bundan əvvəl doğulub boya başa catdıgım Füzuli rayonunun sakinləri özünün ən həyacanlı, gərgin günlərini yaşayırdı. Torpaqlarımız, yurd yuvamız məkirli düşmən, işgalcı qonşularımız tərəfindən günbəgün işgal edilir, yandırılır, talan olunurdu. Bu günümüzə şükür, bütün ağrı acılı anlar, aylar , məşəqqətli illər arxada qalıb".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri əslən Füzulidən olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentin Umud Mirzəyev sözügedən rayona baş tutan ilk köç barədə təəsüratlarını bölüşərkən səsləndirib. O bildirib ki, bu gün Füzuli rayonun həqiqi sakinləri uzun illərdən sonra özünün yurd yuvasına qayıdır:

"Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri ilə yanaşı mən də İctimai Şura üzvü olaraq bu möhtəşəm qayıdışa, köc prosesinə şahidlik edirəm. Bir az öncə Alxanlı keçid məntəqəsini keçdikdən sonra şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni və bayragımızı ziyarət etdim. Keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Gözlərin aydın Azərbaycan!!!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31