Vatsapda hər kəsi sevindirən yeni funksiya - FOTO

Artıq "WhatsApp" vasitəsilə göndərilən şəkillərdə keyfiyyət itkisi olmayacaq.

Olaylar.az Bakupost.az-a istinadən  xəbər verir ki, Meta-nın sahibi Mark Zukerberq Instagram-dakı Meta kanalında bu barədə məlumat yerləşdirib.

Məlumata görə, artıq WhatsApp vasitəsilə göndərilən şəkillərin görüntü keyfiyyəti seçiləcək.

WhatsApp-ın ən son versiyasına sahib olan hər kəs bu funksiyadan yararlana biləcək.

WhatsApp-da şəkil göndərmək istəyərkən ekranın yuxarı hissəsində yeni "HD" seçimi görünəcək. Buna toxunan istifadəçilər şəklin standart keyfiyyətdə və ya HD keyfiyyətində göndərilməsini seçəcəklər.

HD keyfiyyətində göndərilən fotoşəkillərin söhbət ekranında HD keyfiyyətində olduğunu göstərən etiket olacaq. Yeni funksiyanın tədricən bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31