41 yaşında şəhid olan əsgərimiz 73 yaşında dəfn olunacaq - Yolunu gözləyən ailəsi məzarına qovuşdu - VİDEO
18 Avqust 2023 11:28 SosialBirinci Qarabağ Müharibəsində şəhid olan Gülverdi Hüseynovun qalıqları ailəsinə təhvil verilib.
Olaylar.az xəbər verir ki, onun qalıqları işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqdan tapılıb.
Şəhidin qızı AzTV-yə açıqlamasında deyib ki, atası 1992 ci il ildə "Daşaltı əməliyyatı" zamanı öldürülüb. 41 yaşında şəhid olan Gülverdi Hüseynov 73 yaşında dəfn olunacaq.
Sözügedən videomaterialı təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31