İlin sonunadək 800 ailənin Füzuli şəhərinə qayıdacağı gözlənilir - ÖZƏL
18 Avqust 2023 10:03 Sosial"Bu gün 30 illik Ermənistan işğalının sona enməsindən sonra ilk dəfə azad Qarabağda məskunlaşmaya start verildi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sadiq Qurbanovun sözlərinə görə, 23 ailə yeni qurulan Füzuli şəhərində mənzil sahibləri oldular: "Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Qeyd edək ki, Uca Tanrının izni ilə bu ay ərzində daha 144 ailənin, ilin sonunadək isə 800 ailənin Füzuli şəhərinə qayıdacağı gözlənilir. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31