Saçı düzləşdirən maddələrin xərçəngə səbəb olduğu sübut edilib- ÖZƏL

Çikaqo Universitetinin alimləri Milli Sağlamlıq və Ətraf Mühit İnstitutundan olan həmkarları ilə birlikdə müəyyən ediblər ki, saçları düzələşdirmək üçün vasitələr uşaqlıq xərçənginin inkişaf riskini artırır. Alimlər 10 il ərzində 34 min qadının sağlamlıq məlumatlarını təhlil ediblər. Bu müddət ərzində 378 iştirakçıya uşaqlıq xərçəngi diaqnozu qoyulub. Alimlər qadınların həyat tərzi ilə bağlı məlumatları təhlil etdikdən sonra müəyyən ediblər ki, bu qadınlar daimi saç düzləşdirici kimyəvi maddədən  istifadə ediblər. İl ərzində ən azı bir dəfə bu proseduru edənlərin xəstəliyə tutulma ehtimalı heç vaxt kimyəvi düzələşdirmə etməyənlərə nisbətən 64% yüksək olub. Saçlarını tez-tez, ildə dörd və ya daha çox dəfə kimyəvi yolla düzəldən qadınlarda risk 71% daha yüksək çıxıb.  

Prosedur klassik permaya bənzəyir - saçlara parabenlər, bisfenol A, formaldehid və təhlükəli metallar kimi kanserogenlər ola bilən xüsusi formulalar tətbiq olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31