“Stadler” qatarlarının maşinistləri xüsusi təhlükəsizlik qolbağı ilə təmin olunurlar
17 Avqust 2023 12:37 Sosial"Stadler" qatarlarının maşinistləri xüsusi təhlükəsizlik qolbağı ilə təmin olunurlar.
"OLAYLAR" "Azərbaycan Dəmir Yolları"na istinadən bildirir ki, qatarı idarə edən zaman həmin qolbaq maşinistin ürək ritminə nəzarət edir.
Maşinistin səhhətində hər hansı problem yaranarsa, qolbaq təhlükəsizlik sisteminə xəbərdarlıq ötürür. Əgər maşinist işə davam edə biləcəyini təsdiq edən düyməni vaxtında sıxmazsa, avtomatlaşdırılmış xəbərdarlıq sistemi 7-8 saniyə sonra qatarın təhlükəsiz dayanmasını təmin edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31