"Nikosayağı" ilə qəzada ölən Ruslanın ailəsi arasında dava düşüb? - AÇIQLAMA
17 Avqust 2023 11:04 Sosial"Nicat və Ruslanın ailələri arasında mübahisənin düşməsi yayılan məlumat yalandır. Bunlara inanmayın".
Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri blogerin dostu, rəqqas Ramil Qasımov sosial şəbəkədə bildirib.
O həmçinin deyib ki, Nicat Şakirliyinin vəziyyəti stabildir və palataya köçürüləndə yanına gedəcək.
Qeyd edək ki, Bakıda Nizami rayonu, Heydər Əliyev prospektində Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil qarşıda gedən "Scania" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. "Nikosayağı"nın isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31