Qəza zamanı TIR niyə yolun ortası ilə gedirmiş? - YENİ DETALLAR - VİDEO
16 Avqust 2023 21:15 SosialTanınmış bloger Nicat Şakirlinin törətdiyi qəzadan sonra əsas müzakirə mövzularından biri avtomobilin çırpıldığı TIR-ın niyə ikinci zolaqla hərəkət etməsi ilə bağlıdır.
Olaylar.az Day.Az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu məqamı izah edən video yayılıb.
Qəza Heydər Əliyev prospektindəki körpüyə yaxın yerdə baş verib. TIR-ın da ikinci zolağa çıxmasının və yavaş-yavaş hərəkət etməsinin səbəbi körpünün üst hissəsinin əyri olmasıdır. Yəni TIR körpüyə çatdığı vaxt birinci zolaqla hərəkət edərdisə, o zaman körpünün üstünə ilişə bilərdi. Ona görə də TIR ikinci zolaqla hərəkət edib.
Ətraflı videodan izləyə bilərsiniz:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31