Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir
16 Avqust 2023 14:21 SosialBakı-Ağstafa-Bakı marşrutu üzrə 19 və 20 avqust tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edilir.
"OLAYLAR" Azərbaycan Dəmir Yollarına istinadən bildirir ki, 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, 17:10-da qatar Ağstafadan Bakı Dəmiryolu Vağzalına istiqamətinə yola düşəcək.
Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31