Qəzada qolu amputasiya edilən “Nikosayağı”nın telefonları və pul kisəsi OĞURLANIB - FOTO

Xəbər verdiyimiz kimi, ötən axşam "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli ağır qəzaya düşüb. 

Olaylar.az bizim.media-ya istinadən bildriir ki, bloger Ramal İsayev sosial şəbəkə hesabında post paylaşaraq, qəzadan sonra Nicatın pul kisəsinin və mobil telefonlarının oğurlandığını yazıb. 

"Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pul qabısını oğurlayıblar", - deyə Ramal bildirib. 

Qeyd edək ki, Nicatın idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafın dirsəkdən amputasiyası edilib. 
 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31