Bakı və Abşeronda temperatur normadan 4 dərəcə yüksək olub - FAKTİKİ HAVA
15 Avqust 2023 11:02 SosialBakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 4 dərəcə yüksək olub.
Bu barədə Olaylar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Avqustun 15-i saat 09:00-a olan məlumata əsasən avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam etmiş, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlib.
Sinoptik şəraitlə əlaqədar ölkədə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31