“Nikosayağı”nın atasından oğlu ilə bağlı açıqlama: “Reanimasiyadadır”
15 Avqust 2023 10:14 SosialSosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.
Olaylar.az xəbər verir ki, bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov oxu.az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:
"Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!"
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31