Bakının Yasamal rayonu Beşmərtəbə adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Bu barədə "OLAYLAR"-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, bu, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.
Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31