Hərbçilər Şükür Həmidovun atasının dəfnində iştirak etdi

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidovun dəfn mərasimində iştirak edib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hərbi qulluqçular Müdafiə Nazirliyinin rəhbərliyinin başsağlığını mərhumun yaxınlarına çatdırıblar.

Qeyd edək ki, Milli Qəhrəmanımızın atası Nəriman Həmidov bu gün 90 yaşında vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31