QHT sədrinin təklifi nəzərə alınıb - ÖZƏL
10 Avqust 2023 10:27 Sosial"İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseynli müvafiq qurumlara maddi durumu çətin olan, evindən 3-4 uşağını məktəbə göndərən valideynlərə məktəbli forması ilə bağlı dəstək olmaq üçün rica edib. "Olaylar" xəbər verir ki, bu barədə İctimai Birliyin sədri özü məlumat verib. Bildirib ki, hazırda bir çox ailədə bir nəfərin maddi gəlir gətirməsi faktı mövcuddur: "Nəzərə almaq lazımdır ki, forma paketinin qiyməti bir qədər yüksək olduğu üçün belə ailələrə çətinlik yaradır. Artıq bu gün bir neçə məktəblərdə valideynlərə məktəbli forması dəstəyi ilə bağll müraciət olunub. Bununla bağlı cənab təhsil nazirimiz Emin Əmrullayev müəllimə təşəkkür etmək istədim. Var olun cənab nazir operativliyiniz üçün".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31