Məktəbli formalarının hər il dəyişdirilməsi valideyinlərin xərcini artırır - ÖZƏL

"Məktəbli formalarının hər il və ya bir neçə ildən bir dəyişdirilməsi valideynlər arasında ciddi narazılıq yaradır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, elə ailələr var ki, bir neçə övladı orta məktəbdə, bir neçə övladı da ali məktəbdə təhsil alır və məktəbli formalarının tez-tez dəyişdirilməsi valideynlərin ümumi xərclərini artırır: "Elə şagirdlər var ki, onlar aldıqları geyimləri səliqəli saxlayaraq bir neçə il geyinə bilərlər. Odur ki, düşünürəm ki, valideynlərimizin bu narazılığı aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır. Keyfiyyət və forma baxımından elə geyimlər seçilməlidir ki, onların tez-tez dəyişməsinə ehtiyac olmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31