Hacı Şahinin oğlu atasının heykəlindən danışdı

Xəbər verdiyimiz kimi, mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin heykəli hazırlanıb.   Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirə yaradıb.  Bəzi istifadəçilər heykəlin mərhum Hacı Şahinə bənzəmədiyini vurğulayıblar.

Olaylar.az-ın məlumatına görə, məsələ ilə bağlı Sherg.az-a danışan Hacının oğlu Hüseyn Həsənli bildirib ki, heykəli onlar hazırlatdırmayıb:

"Bizə aidiyyəti yoxdur. Kimin hazırlatdırdığı haqqında isə məlumatlı deyiləm. Kimsə özü üçün edib. Problemli bir şey deyil".

Qeyd edək ki, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31