Millət vəkili Şamaxıda dahi Azərbaycan şairlərinin məzarını ziyarət edib - ÖZƏL
31 İyul 2023 10:47 SosialMillət vəkili Ceyhun Məmmədovun Dost Gənclərin İnkişafı Klubunun üzvləri ilə birgə Şamaxı şəhərinə səfəri davam edir. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Dost Gənclərin İnkişafı Klubunun üzvləri ilə birgə Şamaxı şəhərinə etdiyimiz gəzinti zamanı Azərbaycanın dahi şairlərindən olan, yaşadığı dövrə satirik şeirləri ilə imza atan və yazıları ilə əsrin problemlərini işıqlandıran Mirzə Ələkbər Sabirin məzarını ziyarət etdik. O cümlədən gənclərlə bərabər Yeddigünbəz türbələr kompleksini də ziyarət etdik. Şamaxı şəhərindəki üç tarixi qəbirsanlıqdan birində yerləşən və Şamaxı xanlığının süqutu dövrünə (XIX əsrin əvvəlləri) aid olan türbələr kompleksidir. Türbələrdə Şirvan xanları və onların ailə üzvləri dəfn edilmişlər. Kompleksə daxil olan türbələrdən dördü dövrümüzə çatmışdır".
Klub üzvləri həmçinin səfər çərçivəsidə Azərbaycanın dahi şairi Seyid Əzim Şirvani və orta əsrlər tarixində dərin iz qoymuş şair İmaməddin Nəsiminin qardaşı, Şahxəndanın türbəsini ziyarət ediblər: "Eyni zamanda, gənclər arasında müxtəlif şeirlər səsləndirərək fikir mübadiləsi apardıq".
