Pensiyalarla bağlı SEVİNDİRİCİ XƏBƏR - Pullar geri qaytarıla bilər... - VİDEO
31 İyul 2023 10:32 SosialAzərbaycanda özəl pensiya fondları yaradıla bilər.
Olaylar.az BAKU.WS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında danışıb.
O bildirib ki, bunun üçün qanunvericilik bazası təkmilləşdirilir və aidiyyatı qurumlarla razılaşdırılma prosesi aparılır:
"Özəl pensiya fondlarına investisiyalar uzunmüddətli investisiyalar hesab olunur. Bu zaman həmin pensiya fondlarının dayanıqlılığına nəzarət olunması, vətəndaşların ödədiyi məbləğlərin pensiya qismində onlara geri qaytarılması normativ bazada tənzimlənməlidir. Bu istiqamətdə biz qanunvericilik aktlarının təkmilləşdirilməsi və aidiyyatı qurumlarla razılaşdırılma prosesini aparırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31